Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

ABŞ-da azərbaycanlı mütəşəkkil cinayətkar qrup üzvləri tutulub, ortada böyük şəbəkə var

© AP Photo / Andres KudackiПолицейские в Нью-Йорке, фото из архива
Полицейские в Нью-Йорке, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Qrup 25 nəfərdən ibarətdir: 2 Ukrayna, 2 Latviya, 4 Azərbaycan, 7 Rusiya Federasiyası, 5 Gürcüstan, 3 Qazaxıstan vətəndaşı

BAKI, 25 iyul — Sputnik. ABŞ polisi avtomobil fırıldaqçılığı ilə məşğul olan mütəşəkkil cinayətkar qrupu zərərsizləşdirib. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir.

Qrup 25 nəfərdən ibarətdir: 2 Ukrayna, 2 Latviya, 4 Azərbaycan, 7 Rusiya Federasiyası, 5 Gürcüstan, 3 Qazaxıstan vətəndaşı. Saxlanılan şəxslər arasında ABŞ və Türkiyə vətəndaşları da var.

Həbslər Miçiqan, Florida və Nyu-Yorkda həyata keçirilib. Məlumata əsasən, cinayətkarlar avtomobil almaq istəyən şəxslərin pullarını alıb aradan çıxırmışlar.

Cinayət qurbanları özləri yalan elanlarla fırıladaqçıları tapıblar. İlkin məlumatlara görə, cinayətkarlar saxta şirkət açıblar və qurbanlar bu şirkətlər vasitəsilə fırıldaqçılara 4,5 milyon dollar köçürüblər.

ABŞ qanunlarına görə, saxlanılan şəxsləri 30 ilə qədər həbs cəzası gözləyir.

Xəbər lenti
0