11:35 08 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
99 0 0

Hadisə metronun "Neftçilər" stansiyasında baş verib

BAKI, 24 iyul — Sputnik. Bu gün 13: 41 radələrində metronun "Neftçilər" stansiyasında qatar bir gənci vurub. "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, sərnişinin ehtiyatsızlığından baş verən hadisə zamanı gənc yüngül xəsarət alıb.

Bakı Metropoliteni
© Photo : Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Metropolitenin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, "Neftçilər" stansiyasına daxil olan qatarın güzgüsü platformada dayanan sərnişinlərdən önə keçmək istəyən gəncə dəyib: "Həmin anda sərnişin hüdud səddini keçdiyindən qatarın güzgüsü sərnişinin qoluna dəyib. Bu zaman sərnişin yerə yıxılıb, eynəyinin güzgüsü onun alnını cızıb".

"Hadisə stansiyanın girişində baş verdiyindən sürücü dərhal reaksiya verə bilməyib. Sərnişin, 1996-cıil təvəllüdlü Orxan Qurbanov təcili tibbi yardımın çağırılmasını istəməyib. Bununla belə, hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb. Xəsarət alan gəncin səhhətində problem yoxdur" — deyə B.Məmmədov vurğulayıb.

Əlaqədar

Bakının mərkəzində fövqəladə hadisə: Metro stansiyasının yaxınlığında yol çökdü - VİDEO
Bakı metrosundan istifadə edənlərə şad xəbər
Bu gün metrodan istifadə edəcək insanlar bu xəbəri mütləq oxusunlar - TƏCİLİ
"Bakı metropoliteni"nin bütün stansiyalarına giriş bağlanıb
Bakı metrosundakı terrordan 28 il keçir
Teqlər:
"Neftçilər" stansiyası, Bəxtiyar Məmmədov, "Bakı Metropoliteni" QSC, gənc, qatar, metro

Əsas mövzular