01:16 03 İyun 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
257 0 0

Qəsdən adam öldürməkdə şübhəli hesab edilən şəxslər saxlanılıb

BAKI, 23 iyul — Sputnik. Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxslər saxlanılıblar. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, iyulun 19-da saat 1 radələrində Abşeron rayonunun Nübar qəsəbəsi ərazisindən Bakı şəhər sakini Fərid Qurbanovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə DİN-ə məlumat daxil olub. Daxil olmuş məlumatla əlaqədar dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Faktla bağlı cinayət işi başlanılıb. Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində F.Qurbanovu deşici alətlə (amburla) qətlə yetirməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Fəxri Şahbazlı, habelə hadisənin digər iştirakçıları — Misir Abdullayev, Araz Heydərov, Zamiq Quliyev və Ərşad İsayev saxlanılaraq istintaqa təhvil veriliblər.

Əlaqədar

Gəncədə polislərin qətlə yetirilməsi ilə bağlı 9 nəfər həbs olunub
“O, iki gün öncə bizim ofisdə idi” - Süleymanov qətlə yetirilən Smit ailəsi barədə
Gədəbəydə qətl törədilib: Öldürüb, meyitini yol kənarına atdılar
Maştağada cinayət törədən şəxs saxlanıldı: Qətlin ilginc səbəbi
Teqlər:
cinayət, DİN, qətl, şəxs, qəsdən adam öldürmə

Əsas mövzular