Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Həyəcan siqnalı qaldırıldı, evdən meyit çıxdı

© Sputnik / Irade JELILTəcili tibbi yardım
Təcili tibbi yardım - Sputnik Azərbaycan
Abunə olmaq
Dobralinskaya Viktoriya Konstantinovnanın cəsədini aidiyyəti üzrə təhvil veriblər

BAKI, 22 iyul — Sputnik. Bu gün Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Yasamal rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Sputnik Azərbaycan-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada aşkarlanan 1942-ci il təvəllüdlü Dobralinskaya Viktoriya Konstantinovnanın cəsədini aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

Xəbər lenti
0