14:48 03 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
434 0 0

Xəsarət alanlardan iksini Mahacqala Ortopedik və travmatoloji mərkəzinə aparılıb, 3-ü isə hadisənin baş verdiyi əraziyə yaxın İzberbaş xəstəxanasındadır

BAKI, 21 iyul — Sputnik. Dağıstanda avtomobil qəzasında iki nəfər ölüb, 10 nəfər yaralanıb.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, sərnişin daşıyan "Qazel" və minik avtomobilinin toqquşması nəticəsində baş verən qəzada xəsarət alanlardan 5 nəfəri xəstəxanadadır və onlardan birinin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Dağıstan Səhiyyə nazirliyinin məlumatına görə, xəsarət alanların hamısı Azərbaycan vətəndaşlarıdır. Onlar Dağıstana işləmək üçün gedirmiş.

Xəsarət alanlardan iksini Mahaçqala Ortopedik və travmatoloji mərkəzinə aparılıb, 3-ü isə hadisənin baş verdiyi əraziyə yaxın İzberbaş xəstəxanasındadır. Qalan 5 nəfər isə ambulator müayinədən sonra xəstəxanadan buraxılıb.

Teqlər:
faciə, azərbaycanlı, yaralı, ölüm, Mahaçqala, qəza, Dağıstan

Əsas mövzular