Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda gənci ürəyindən vurdular

© Sputnik / Murad OrujovƏrazidəki təcili tibbi yardım və post patrul xidməti avtomobilləri
Ərazidəki təcili tibbi yardım və post patrul xidməti avtomobilləri - Sputnik Azərbaycan
Abunə olmaq
Ötən gün gecə saatlarında "3-cü mikrorayon dairəsi" kimi tanınan ərazidə 1990-cı il təvəllüdlü Rəşad Əliyev naməlum şəraitdə bıçaqlanıb

BAKI, 21 iyul — Sputnik. Bakıda gənc oğlan ürəyindən qətlə yetirilib.

Sputnik Azərbaycan-ın "Report"a istinadla xəbərinə görə, hadisə Nəsimi rayonunda baş verib.

Ötən gün gecə saatlarında "3-cü mikrorayon dairəsi" kimi tanınan ərazidə 1990-cı il təvəllüdlü Rəşad Əliyev naməlum şəraitdə bıçaqlanıb. Yaralı ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, R.Əliyev ürək nahiyəsindən bıçaq xəsarəti alıb. Onun həyatını xilas etmək mümkün olmayıb.

Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin müvafiq şöbəsinə təhvil verilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Xəbər lenti
0