23:47 23 Mart 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.9288
Polis şöbəsi

Paytaxtda park soyğunçuları yaxalanıb

© Sputnik / Rahim Zakiroghlu
HADİSƏ
Qısa URL
108 0 0

Fəvvarə stəkanlarının bir qismi polis əməkdaşları tərəfindən maddi sübut kimi onlardan götürülüb

BAKI, 20 iyul — Sputnik. Parkdan oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, iyulun 18-də Səbail RPİ-nin 9-cu Polis Bölməsinə rayon ərazisindəki parkların birindən 10000 manat dəyərində 72 ədəd fəvvarə stəkanının oğurlanması barədə müraciət daxil olub. Dərhal başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalar nəticəsində onların Sumqayıt şəhər sakini Qabil Kərimov və Bakı şəhər sakini Ümid Məmmədov olduqları müəyyən edilib. Fəvvarə stəkanlarının bir qismi polis əməkdaşları tərəfindən maddi sübut kimi onlardan götürülüb. Faktla bağlı cinayət işi başlanılıb.

Əlaqədar

Bakıda böyük oğurluq oldu, cinayərkarlar mənzili silib-süpürdülər
Kiyevdə adam oğurluğunda ittiham edilən azərbaycanlı saxlanıldı
Əmanətçilərin 100 milyon manatını oğurlamaqda günahlandırılan bankir saxlanıldı
Nazirlik müraciət etdi: Avtomobilinizin oğurlanmasını istəmirsizsə....
Teqlər:
fəvvarə stəkanı, park, oğurluq, şübhəli şəxs

Əsas mövzular