18:43 19 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0257
  • EUR1.9377
Şam yandıran adam

Elektrik enerjisinin kəsilməsinin səbəbi bilindi - RƏSMİ

CC0 / Pavlofox / Light
HADİSƏ
Qısa URL
724 0 0

Elektrikin kəsilməsinə Ağsu rayonunun Bico kəndində baş vermiş yanğın səbəb olub

BAKI, 12 iyul — Sputnik. Bu gün saat 16:00 radələrində Azərbaycanın bəzi ərazilərində elektrik enerjisinin kəsilməsinin səbəbi açıqlanıb.

"Azərenerji" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlı Sputnik Azərbaycan-a bildirib ki, elektrikin kəsilməsinə Ağsu rayonunun Bico kəndi ərazisindən keçən yüksək gərginlikli elektrik verilişi xətlərinin altında naməlum səbəbdən baş vermiş yanğın səbəb olub.

O qeyd edib ki, yanğın səbəbindən təhlükəsizlik məqsədi ilə respublikanın bəzi bölgələrinə enerji verilişi dayandırılıb. Babanlı elektrik enerjisinin verilməsinin ən qısa zamanda bərpa edilməsinə çalışacaqlarını vurğulayıb.

Teqlər:
Yəhya Babanlı, "Azərenerji" ASC, Ağsu rayonu, elektrik enerjisi, Azərbaycan, yanğın

Əsas mövzular