21:51 19 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0253
  • USD1.7000
  • EUR1.9848
Heydər Əliyev Beynəlxalq Aeroportu

Heydər Əliyev Beynəlxalq Aeroportunda həyəcan siqnalı verilib

© Sputnik / Murad Orujov
HADİSƏ
Qısa URL
192101

Londondan Mumbay şəhərinə uçan təyyarə Bakıda məcburi eniş edib

BAKI, 12 iyul — Sputnik. Bakı vaxtı ilə 12 iyul səhər saat 05:52-də Heydər Əliyev Beynəlxalq Aeroportunda həyəcan siqnalı verilib. Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, siqnal "British Airways" aviaşirkətinə məxsus hava gəmisinin komandirinin təyyarənin sol mühərrikinin dayanması səbəbindən məcburi eniş barədə elanından sonra verilib.

Bildirilib ki, göyərtəsində 214 nəfərin (197 sərnişin və 17 uçuş heyətinin üzvü) olduğu "Boeing-777" təyyarəsi Londondan (Böyük Britaniya) Mumbay (Hindistan) şəhərinə BAW-199 nömrəli aviareysi həyata keçirirmiş.

Həyəcan siqnalı ilə hava limanının bütün qəza-xilasetmə xidmətləri qaldırılıb. Təyyarə Bakı vaxtı ilə saat 06:29-da uğurlu eniş edib, xəsarət alan yoxdur. Sərnişinlər hava limanının tranzit zonasında yerləşdirilib, onlara yemək və içkilər təqdim edilib.

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu ən müasir naviqasiya və yerüstü avadanlıqlarla təchiz olunub. Bu səbəbdən aviaşirkətlər fors-major vəziyyətlər yarandıqda regionun hava məkanında məhz Bakı hava limanını seçirlər.

Əlaqədar

Siyavuş Novruzov: “Onların bəyanatını aeroporta tullamaq lazımdır..."
Bakı aeroportundan hava açıqlaması
İlham Əliyev və canavar Zabivaka hava limanında "futbol oynayıblar"
Hava limanında "brilyant əməliyyatı" – VİDEO
Teqlər:
"British Airways" aviaşirkəti, eniş, sərnişin, təyyarə, London, Heydər Əliyev Beynəlxalq Aeroportu, Mumbay, Hindistan, Bakı, Böyük Britaniya

Əsas mövzular