Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

© Sputnik / Murad OrujovBakıda narkoloji dispanserdə yanğın
Bakıda narkoloji dispanserdə yanğın - Sputnik Azərbaycan
Abunə olmaq
Yanğın zamanı 17 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub

BAKI, 10 iyul — Sputnik. Bakı şəhərinin Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasının pilləkən qəfəsində quraşdırılmış elektrik lövhəsinin giriş və çıxış kabelləri 10 p.m yanıb. Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

Yanğın zamanı 17 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Elektrik lövhəsi və yaxınlıqdakı mənzillər yanğından mühafizə edilib. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti
0