Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycanda məşhur istirahət mərkəzində faciə: Ölən və yaralananlar var

© Sputnik / Yevgeniya Novozhenina / Mediabanka keçidКанатная дорога, фото из архива
Канатная дорога, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Hotel ərazisində fəaliyyət göstərən kanat qəfildən qırılıb

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 9 iyul — Sputnik. Quba rayonunda bədbəxt hadisə baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Amsar kəndindəki məşhur hotellərdən birində — "Quba Palace Hotel"də (keçmiş "Rixos") qeydə alınıb.

Автомобиль скорой помощи на одной из улиц в Тбилиси - Sputnik Azərbaycan
Məşhur istirahət bölgəsində kütləvi zəhərlənmə: 100-ə yaxın insan xəstəxanalıq olub

Hotel ərazisində fəaliyyət göstərən kanat qəfildən qırılıb. Nəticədə hotelin işçisi, 26 yaşlı Amsar kənd sakini Rüzgar İsayev həlak olub. Daha iki nəfər — Rafiq Həsənov və Ruhid Əliməmmədov xəsarət alıb.

Yaralılar Quba Mərkəzi Rayon Xəstəxanasına aparılıblar. Xəstələrdən biri reanimasiya şöbəsinə yerlədirilib, vəziyyəti ağır qiymətləndirilir, digərinin vəziyyəti isə orta-ağırdır.

Əldə etdiyimiz məlumata görə, sözügedən kanat iyun ayının 23-dən təmirə dayanıb. Hadisə Rusiyanın "Skado" şirkətinin işçilərinin kanatın kəsilib qısadılması üçün iş apardıqları zaman baş verib.

Faciəli hadisə faktını Sputnik Azərbaycan-a açıqlamasında hotelin marketinq şöbəsinin müdiri Ceyhun Yahyayev də təsdiqləyib. O bildirib ki, ilkin məlumata görə, insident keyfiyyətsiz təmir işlərinin aparılması nəticəsində baş verib.

C.Yahyayev qeyd edib ki, kanat yolu 25 metr qısaldılmalı idi: "Azərbaycanda kanat yollarının təmiri ilə məşğul olan cəmi bir şirkət var. Bu şirkətin əməkdaşları ötən həftə ərzində Qubada işləyiblər və böyük ehtimalla buraza (tros) düşən yükü düzgün hesablamayıblar".

"Kanat yolunu qısa etmək üçün müvəqqəti olaraq burazı dəyişmək lazım idi, mütəxəssislər də bunu ediblər. Lakin ikinci buraz yükləməyə dözməyib" — həmsöhbətimiz vurğulayıb.

Hotel təmsilçisinin sözlərinə görə, məhz burazın dəyişiklik edildiyi hissə qırılıb: "Bu hadisədə hotelin günahı yoxdur. Çox təəssüflər olsun ki, bu bədbəxt hadisə hotelin ərazisində baş verib".

Xəbər lenti
0