Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Yanğın sahəsi bir hektara çatıb, vətəndaşlara çağırış edilir

© Sputnik / Aleksandr Kryazhev / Mediabanka keçidГорение сухой травы на поле, фото из архива
Горение сухой травы на поле, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Əks halda baş vermiş yanğın qarşısı alınmaz nəticələrə səbəb olar, meşə örtüyünə ciddi ziyan dəyər"

BAKI, 5 iyul — Sputnik. İyulun 5-i gecə saat 03 radələrində Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin əhatə etdiyi Yardımlı rayonunun Bərican kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə yanğın hadisəsi baş verib. Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən məlumat verilib.

Meşə yanğınının söndürülməsi, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Yanğın bölgəsinə yanğınsöndürmə helikopteri və təyyarə cəlb olunub

Bildirilib ki, yanğının söndürülməsi üçün əraziyə dərhal ETSN-nin Regional Meşə Təsərrüfatı Mərkəzlərinin və FHN-nin Yanğından Mühafizə Dəstəsinin əməkdaşları cəlb edilib: "Yanğın 1 hektar ərazini əhatə edir. Ərazidəki quru ot örtüyü və xırda kollar yanıb. Hazırda yanğının söndürülməsi üçün operativ tədbirlər görülür, yanğın lokallaşdırılır".

ETSN əhalini meşədə istirahət edərkən məsuliyyətli, odla ehtiyatlı olmağa, xüsusilə havaların isti keçməsi ilə əlaqədar yanğın təhlükəsizliyi normalarına riayət etməyə çağırır: "Əks halda baş vermiş yanğın qarşısı alınmaz nəticələrə səbəb olar, meşə örtüyünə ciddi ziyan dəyər".

Qeyd edək ki, Yardımlı rayonunun Şıxlı kəndində meşə zolağında yanğın başlamasına dair Fövqəladə Hallar Nazirliyi (FHN) də məlumat yayıb. FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası və Aviasiya dəstəsinin "Mi-17" yanğınsöndürmə helikopteri və "BE 200 ÇS" amfibiya təyyarəsi söndürmə işlərinə cəlb olunub. Əlavə məlumat veriləcək.

Hazırda FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və texnikası, Meşə Təsərrüfatı İdarəsinin əməkdaşları və yerli əhali hadisə yerindədir. Yanğınsöndürmə işləri davam etdirilir.

Xəbər lenti
0