Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Ötən gecə İsmayıllıda məşum hadisə də baş verib

© pixabay / jasongillmanOv tüfəngi
Ov tüfəngi - Sputnik Azərbaycan
Abunə olmaq
Gecə arvadını sevgilisi ilə birlikdə tutan kişi, cinayət törədib

BAKI, 3 iyul — Sputnik. İyulun 2-dən 3-nə keçən gecə təkcə Azərbaycanda işıqların sönməsi və bütün ölkənin qaranlığa qərq olması ilə yadda qalmayıb.

Bu gecə İsmayıllıda məşum bir cinayət qeydə alınıb. İsmayıllı rayon prokurorluğundan Sputnik Azərbaycan-a verilən məlumata görə, Ağdaş rayonunda anadan olmuş və İsmayıllının Kürdmaşı kənində yaşayan Səfərova Ceyhunə Adil qızı qətlə yetirilib.

Qadın odlu silahdan açılan atəş nəticəsində ölüb. Qətllə bağlı şübhəli qismində Səfərovanın həyat yoldaşı Elçin Cəfərov saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, kişi işləmək üçün getdiyi Türkiyədən yenicə qayıdıbmış. 

Нож в руке, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Maştağada cinayət törədən şəxs saxlanıldı: Qətlin ilginc səbəbi

İstintaq zamanı Cəfərov bildirib ki, arvadını qısqanclıq zəminində və namus üstündə öldürüb.

Saxlanılan şəxs bildirib ki, o, arvadının başqa kişi ilə görüşə getdiyini öz gözləri ilə görüb. Ov tüfəngi ilə silahlanaraq birbaşa sevgililərin yanına gedib. Cəfərov arvadını sevgilisi ilə birlikdə olarkən tutub.

Cəfərov kişini qovsa da, o qaçıb, qadını isə hadisə yerindəcə güllələyib.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma gedir.

Xəbər lenti
0