Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Əhaliyə suyun verilməsi nə vaxt bərpa olunacaq - RƏSMİ

CC0 / RonPorter / Mixer TapВодяной кран, фото из архива
Водяной кран, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Kürdən Bakıya gələn xəttin dolması 12 saata qədər vaxt aparır

BAKI, 3 iyul — Sputnik. Dünən gecə saatlarında ölkə ərazisində elektrik enerjisinin kəsilməsi bir çox sahələrə təsir edib. Belə ki, ölkə ərazisində su verilməsində problem yaranıb. "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Sputnik Azərbaycan-a bildirib ki, axşam saatlarına kimi suyun verilişi tam bərpa ediləcək.

"Su elektrik enerjisi vasitəsi ilə verilir. Elektrik enerjisinin verilməsində fasilələr yarandığı üçün biz də suyu verə bilmirik. Şəhərdaxili nasoslar və anbarların da fəaliyyəti gecə saatlarında dayandırılmışdı. Artıq Ceyranbatanda tam rejimi bərpa etmişik" — qurumun sözçüsü deyib.

A.Cəbrayıllı onu da əlavə edib ki, Kür çayında yığım prosesi bərpa olunub: "Artıq tam rejimə keçmək üzrəyik. Oğuz-Qəbələ-Bakını da bu saatlarda qoşmağı planlaşdırırıq. Kürdən Bakıya gələn xəttin dolması 12 saata qədər vaxt aparır. Hidravlik rejimin pozulmaması, sistemdə hava qalmaması və xəttin dağılmaması üçün xəttə su mərhələli şəkildə verilir. Bir sözlə gün ərzində suyun verilməsi tam bərpa ediləcək".

Xəbər lenti
0