Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Toy mərasimi faciəvi qurtardı

© Sputnik / Rahim MuradovAstarada təcili yardım avtomobili, arxiv şəkli
Astarada təcili yardım avtomobili, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Astarada toy mərasimində 22 nəfər zəhərlənib

BAKI, 2 iyul — Sputnik. İyunun 30-da Astarada kütləvi zəhərlənmə olub. Sputnik Azərbaycan-ın bölgə müxbirinin əldə etdiyi məlumata əsasən, zəhərlənmə faktı “Şahin” adlı şadlıq sarayında qeydə alınıb.

Belə ki, 22 nəfər zəhərlənmə diaqnozu ilə Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Zəhərlənən şəxslərin əksəriyyətinə tibbi yardım göstərildikdən sonra onlar evə buraxılıblar. 

Məlumat üçün bildirək ki, zəhərlənmənin salat yedikdən sonra baş verdiyi ehtimal edilir.

Xəbər lenti
0