Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Qonaqlıq yaxşı başlasa da, faciə ilə bitdi

CC BY-SA 2.0 / Erik Gregg / KnifeНож в руке, фото из архива
Нож в руке, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Baş vermiş hadisə ilə bağlı Şəki ŞRPŞ-də araşdırma aparılır

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 1 iyul — Sputnik. Şəki rayonunun Baltalı kəndində xoşagəlməz hadisə olub. Belə ki, rayon sakini Nazim Afrizanov həmkəndlisi Xəlil Xəlilovla yeyib içdikdən sonra aralarında şəxsi münasibətlər zəminində mübahisə düşüb. Nazim Afrizanov əlində olan bıçaqla Xəlil Xəlilova xəsarət yetirib. 

Sputnik Azərbaycan-ın bölgə müxbirinin məlumatına əsasən, 1970-ci il təvəllüdlü kənd sakini bıçaqlanma xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub. Ona döş qəfəsinin kəsilmiş-deşilmiş, başın kəsilmiş və üst dodağın partlaması xəsarətləri diaqnozu qoyulub.

Keçirilmiş tədbir nəticəsində Afrizanov hadisəni törətməkdə şübhəli bilinən şəxs qismində saxlanılıb.

Baş vermiş hadisə ilə bağlı Şəki ŞRPŞ-də araşdırma aparılır.

Xəbər lenti
0