02:10 27 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0262
  • EUR1.9008
Cərimə meydançasında yanğın

Bakıda cərimə meydançasında güclü yanğın: 50-yə yaxın avtomobil yanıb

© Photo: Qafqazinfo
HADİSƏ
Qısa URL
67711

Hadisə yerinə yanğınsöndürən maşınlar cəlb olunub, yanğının söndürülməsi üçün işlər aparılır

BAKI, 29 iyun — Sputnik. Nizami rayonu ərazisində yerləşən avtomobil cərimə meydançasında yanğın başlayıb. Alov meydançadakı avtomobilləri bürüyüb. Yanan avtomobillər arasında arasında "BMW", "Niva" və "VAZ 2106-7" markalı avtomobillər var. 

Cərimə meydançasında yanğın
Cərimə meydançasında yanğın

Ərazi sakinlərinin Sputnik Azərbaycan-a verdikləri məlumata görə, hazırda Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov da hadisə yerinə gəlib. İlkin məlumata görə, yanğın nəticəsində 50-yə yaxın avtomobil yanıb. Onların bir çoxu tamamilə, bəzilərinin isə bir qismi yanıb.

Hadisə yerinə yanğınsöndürən maşınlar cəlb olunub. Yanğının söndürülməsi üçün işlər aparılır.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nizami rayonu ərazisində açıq sahədə yanğın olması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

Əlaqədar

Yanğın fermerlərə ziyan vurdu
"Monolit Plaza"da baş verən yanğın barədə rəsmi açıqlama yayıldı
Bakının məşhur hotel, restoran və ticarət mərkəzində yanğın - VİDEO
Bir-biri ilə əlaqəli iki olay: Qəzada yaralananın yanına getdi, başqasını vurub öldürdü
Teqlər:
cərimə meydançası, Nizami rayonu, Fövqəladə Hallar Nazirliyi, avtomobil, yanğın

Əsas mövzular