13:43 17 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8722
İsmayıllının Qoydan kəndində sürüşmə

Daha bir bölgədə həyəcan siqnalı verildi: Torpaq evləri udur

© Sputnik / Ilham Ahmadov
HADİSƏ
Qısa URL
498 0 0

Kənddəki yaşayış evlərindən 2-si sürüşmə nəticəsində tam yararsız hala düşüb, digər 2-sinin isə divarlarında çatlar meydana gəlib

İlham Əhmədov,Sputnik Azərbaycan

BAKI, 27 iyun — Sputnik. Son zamanlar respublikada havaların yağıntılı keçməsi Respublikanın əksər sürüşmə zonalarında, eləcə də şimal-qərb bölgəsində aktivlik yaradıb. Sürüşmə prosesinin dərinləşdiyi ərazilərdən biri də İsmayıllı rayonudur.

Sputnik Azərbaycan-ın bölgə muxbiri xəbər verir ki, rayonun Ağsu ilə sərhəd kəndlərində, həmçinin digər kəndlərdə aktiv sürüşmələr qeydə alınır. Torpaq sürüşməsinin əsas mərkəzlərindən biri İsmayıllının Qoydan kəndidir.

Rayondan 45 km aralıda, Lahıc qəsəbəsinin yaxınlığında yerləşən Qoydan İsmayıllının qədim və dağətəyi kəndlərindən biridir. Olduqca keçilməz yollara sahib olan bu kənd sürüşmə zolağı üzərində yerləşir və bu cür təbii şərait kənd sakinlərinə ciddi çətinlik yaradır. Ümumilikdə 60-dan cox insanın məskunlaşdığı bu kənd gözəl təbiəti və səfalı havası ilə insanı valeh etsə də, oraya gedib çıxmaq heç də asan başa gəlmir.

  • İsmayıllının Qoydan kəndində sürüşmə
    İsmayıllının Qoydan kəndində sürüşmə
    © Sputnik / Ilham Ahmadov
  • İsmayıllının Qoydan kəndində sürüşmə
    İsmayıllının Qoydan kəndində sürüşmə
    © Sputnik / Ilham Ahmadov
  • İsmayıllının Qoydan kəndində sürüşmə
    İsmayıllının Qoydan kəndində sürüşmə
    © Sputnik / Ilham Ahmadov
1 / 3
© Sputnik / Ilham Ahmadov
İsmayıllının Qoydan kəndində sürüşmə

İyul ayının 16-dan bəri yağan leysan yağışlar nəticəsində bu günlərdə kənddə ilk sürüşmə faktı qeydə alınıb. Torpaqda yaranan çatların eni 2-4 metr arasında dəyişir. Günü-gündən şürüşmə daha da genişlənir və evlərdə, hasarlarda zədələr meydana çıxarır.

Kənddə ümumilikdə 13 yaşayış evi var. Hazırda onlardan 2-si sürüşmə nəticəsində tam yararsız hala düşüb, digər 2-sinin isə divarlarında çatlar meydana gəlib.

Qoydan sakinlərinin sözlərinə görə, sürüşmə qeydə alınandan bu günə kimi bir dəfə rayon icra hakimiyyəti və fövqəladə hallar komissiyasında nümayəndə heyəti kəndə gəlib və problemlə tanış olub. O gündən bu günə qədər isə nə kənd sakinlərinə yardım edən olmayıb.

Sakinlər bildirirlər ki, kəndə gediş-gedişin çətin olmasının başlıca səbəblərindən biri də, elə rayon rəhbərliyinin Qoydanı "unutmasıdır". Hazırda insanlar onlara uzadılacaq yardım əlini gözləyirlər.

Əlaqədar

Bayıl qəsəbəsində yenidən sürüşmə oldu: Hadisə yerinə təcili yardım gəldi
Şamaxıda fövqəladə vəziyyət: Sürüşmə nəticəsində 3 yol dağıldı
Başıbəlalı ərazi yenə sürüşdü, yol bağlandı
Teqlər:
Qoydan kəndi, İsmayıllı rayonu, sürüşmə, sakin, ev, torpaq

Əsas mövzular