Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda ağır tonnajlı yük maşını gəldiyi sürətlə sərnişin avtobusuna çırpılıb - VİDEO

© Sputnik / Vitaly BelousovВодитель за рулем автобуса
Водитель за рулем автобуса - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb

BAKI, 22 iyun — Sputnik. Bu gün Binəqədi rayonu ərazisində (Biləcəri dairəsi) nasaz vəziyyətdə yola çıxmış ağır tonnajlı yük maşını 135 saylı xətt üzrə hərəkət edən avtobusa çırpılaraq qəza törədib. Sputnik Azərbaycan xəbər verir ki, "Xaliq Faiqoğlu" şirkəti bu barədə öz rəsmi səhifəsində məlumat paylaşıb.

Belə ki, yüklə dolu "Shacman" markalı, 90 NM 518 dövlət qeydiyyat nişanlı yük maşını gəldiyi sürətlə "Daewoo" markalı, 10 TG 031 nömrə nişanlı avtobusa çırpılıb. Xoşbəxtlikdən, avtobusun salonundakı sərnişinlər arasında ciddi xəsarət alan olmayıb.

Xəbər lenti
0