Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycanda universitetin girişi uçdu

© Photo : Press service of Sumgayit State UniversitySumqayıt Dövlət Universiteti
Sumqayıt Dövlət Universiteti - Sputnik Azərbaycan
Abunə olmaq
Sumqayıt Dövlət Universitetinin əsas tədris binasının giriş hissəsinin çöl tərəfindən sütunlu tavan çöküb, yararsız vəziyyətə düşüb

BAKI, 21 iyun — Sputnik. Bu gün Sumqayıt Universitetinin əsas girişi çöküb. Bu barədə Sputnik Azərbaycan-a Univeristetin mətbuat xidmətinin rəhbəri Nazxanım Cəlilli məlumat verib. O, bildiirb ki, iyunun 21-də saat 15:30-da Sumqayıt Dövlət Universitetinin əsas tədris binasının giriş hissəsinin çöl tərəfindən sütunlu tavan çöküb, yararsız vəziyyətə düşüb.

"Öncə əmələ gələn çatları nəzərə alaraq təhlükəsizlik tədbirləri görüldüyündən hadisə nəticəsində xəsarət alan olmayıb. Qeyd edək ki, müvafiq strukturlara məlumat verilib" deyə o bildirib.

Xəbər lenti
0