Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Daxili İşlər Nazirliyi əhaliyə xəbərdarlıq edir: Bu hadisə hər kəsin başına gələ bilər

© Sputnik / Murad OrujovЗдание Министерства Внутренних Дел Азербайджанской Республики
Здание Министерства Внутренних Дел Азербайджанской Республики - Sputnik Azərbaycan
Abunə olmaq
Pul, telefon və digər qiymətli əşyaları, şəxsi sənədləri avtomobili tərk edərkən özünüzlə götürün

BAKI, 21 iyun — Sputnik. Avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini M.Şabanova M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində "Mitsubishi" markalı avtomobilindən şüşəni sındırmaq yolu ilə içərisində 300 manat və 50 ABŞ dolları, habelə sənədləri olan çantasının oğurlandığını bildirib.

Seyf, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakıda mənzildən içində xeyli dollar və qızıl olan seyf oğurlandı

Dərhal başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən şəxs qısa müddətdə polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun əvvəllər oğurluq və narkotikə görə məhkum olunmuş paytaxt sakini Emil Məstənov olduğu müəyyən edilib.

Həmin şəxsin digər analoji cinayət əməllərinin də üstü açılıb. E.Məstənovun rayon ərazisində daha 3 avtomobildən pul və sənəd oğurlaması da müəyyən edilib. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Daxili İşlər Nazirliyi bir daha nəqliyyat vasitələri sahiblərinin nəzərinə çatdırır ki, xüsusilə havanın qaranlıq vaxtı avtomobillərini parklayarkən, o cümlədən qısa müddətdə tərk edərkən, eləcə də, avtoyuma yerlərində və təmir sexlərində saxlayarkən salonda nəzarətsiz qalan qiymətli əşyalar, sənədlər bəzi zəif iradəli, kriminala meyilli şəxslər tərəfindən oğurlana bilər.

Belə halların qarşısının alınması üçün sürücülərə tövsiyə olunur ki, pul, telefon və digər qiymətli əşyaları, şəxsi sənədləri avtomobili tərk edərkən özləri ilə götürsünlər və mümkün qədər nəqliyyat vasitələrini diqqətdən və nəzarətdən kənar ərazilərdə deyil, Təhlükəsiz Şəhər kameralarının əhatə və görüntü dairəsində, küçə və həyətlərin işıqlı ərazilərində saxlasınlar.

Xəbər lenti
0