Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Türkiyədə ağır avtobus qəzası, onlarla yaralanan var

© Photo : AnadoluTürkiyənin Aydın vilayətində avtobus qəzası
Türkiyənin Aydın vilayətində avtobus qəzası - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyədə gecə saatlarında turistləri daşıyan avtobus aşıb

BAKI, 19 iyun — Sputnik. Türkiyənin Aydın vilayətinin Söke bölgəsində ağır yol qəzası baş verib.

Sputnik Azərbaycan-ın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, turizm şirkətinə məxsus sərnişin avtobusunun aşması nəticəsində sürücü də daxil olmaqla 45 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Məlumata görə, Bodrum-İstanbul marşrutu üzrə hərəkət edən avtobusun sürücüsü qaranlıq yolda idarəetməni itirib və avtobus yol kənarına aşıb.

Hadisə yerinə polis, xilasedicilər, təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Onlardan ikisinin vəziyyətinin daha ağır olduğu bildirilir.

Xəbər lenti
0