Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

İmişlidə ağır qəza baş verib, ölən var

© Sputnik / Irade JELILQəza
Qəza - Sputnik Azərbaycan
Abunə olmaq
İmişlidə minik avtomobili və mikroavtobus toqquşub, ölən və yaralananlar var

BAKI, 16 iyun — Sputnik. İmişlidə 1 nəfərin ölümü və 2 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.

APA-nın xəbərinə əsasən, qəza rayon ərazisindəki "9 saylı" adlanan məcburi köçkün qəsəbəsində baş verib. Məlumata görə, “Mercedes” və "VAZ 2106" markalı minik avtomobillərinin toqquşması nəticəsində "Mercedes"in sərnişini Cəbrayıl rayonundan məcburi köçkün, 1987-ci il təvəllüdlü Bəyməmmədov Xalid Məmmədbağı oğlu ölüb. Sürücü, qəsəbə sakini 1948-ci il təvəllüdlü Mehrəliyev İlyas Məhəmmədəli oğlu ağır xəsarət alaraq Şirvan Şəhər Xəstəxanasına çatdırılıb. İ.Mehrəliyev əməliyyata götürülüb, vəziyyəti ağırdır.

"VAZ"ın sürücüsü Cəbrayıl rayonundan məcburi köçkün, 1983-cü il  Quliyev Azər Hüseyn oğlu vəziyyəti ağır olduğundan paytaxt xəstəxanalarından birinə göndərilib. 

Araşdırma aparılır. 

Xəbər lenti
0