Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bostanı suvarmağa getdi, nəhəng ilanın qurbanı oldu - FOTO

© Sputnik / Владимир Минкевич / Mediabanka keçidТигровый питон, архивное фото
Тигровый питон, архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Ötən il Sulavesidə 7 metrlik piton fermeri udmuşdu

BAKI, 16 iyun — Sputnik. İndoneziyanın Sulavesi adasında 8 metrlik pitonun qarnında qadın cəsədi tapılıb. Sputnik Azərbaycan-ın məlumatına əsasən, 54 yaşlı Va Tiba iki gün əvvəl axşam saatlarında evindən bir kilometr aralıdakı bostana gedib. Ertəsi gün tezdən qadının qayıtmadığını görən ailəsi onu axtarmağa başlayıb. Nəhayət qadının bacısı bostanda izləri, fənəri və maçeteni aşkar edib.

Qadın dərhal kömək üçün yerli sakinlərə müraciət edib. Bir neçə saatdan sonra sakinlər qida qəbulundan sonra qarnı şişmiş iri pitonu aşkar ediblər. İnsanla ilanı öldürərək qarnını yarıblar. Oradan Va Tibanın cəsədi çıxıb. 

Qadını udan piton
Qadını udan piton - Sputnik Azərbaycan
Qadını udan piton

Ötən il Sulavesidə 7 metrlik piton fermeri udmuşdu.

Xəbər lenti
0