Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

İyirmi dörd yaşlı qadın xəstəxanada dünyasını dəyişdi

© Sputnik / Irade JELILTəcili tibbi yardım
Təcili tibbi yardım - Sputnik Azərbaycan
Abunə olmaq
Ölüm faktı ilə bağlı Siyəzən Rayon Prokurorluğunda araşdırmalar başlanılıb

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 12 iyun — Sputnik. Ötən gecə Siyəzən rayonunda ana ölümü qeydə alınıb.

Rayon sakini, 24 yaşlı Aytəkin Qasımova Siyəzən Müalicə Dioqnostika Mərkəzinin doğum şöbəsinə yerləşdirilib. Lakin gənc qadın doğuş zamanı dünyasını dəyişib, dünyaya gətirdiyi qız uşağı isə salamat qalıb.

Siyəzən Müalicə Dioqnostika Mərkəzindən Sputnik Azərbaycan-ın bölgə müxbirinə verilən məlumata görə, A.Qasımovanın vurulan iynəyə qarşı allergiyası olub, vəzyyəti ağırlaşaraq şoka düşüb və nəticədə dünyasını dəyişib.

Məlumatda o da bildirilir ki, gənc ananın meyiti Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Quba Rayon Şöbəsində tibbi ekspertizadan keçirilib. Siyəzən Rayon Prokurorluğunda Aytəkin Qasımovanın ölüm faktı ilə bağlı araşdırma başlayıb.

Onu da bildirək ki, bu, Aytəkin Qasımovanın ilk doğuşu deyil və onun bir azyaşlı oğlu da var.

Xəbər lenti
0