Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda sərnişin avtobusu piyadanı vurdu

© Sputnik / Anar MustafayevСтарые автобусы в Баку
Старые автобусы в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Bakıda sürətlə hərəkətdə olan sərnişin avtobusu piyadanı vurub

BAKI, 6 iyun — Sputnik. Paytaxtın Nərimanov rayonunda avtobus yol-nəqliyyat hadisəsi törədib.

"Report" xəbər verir ki, 1974-cü il təvəllüdlü Əhmədov Saleh Alik oğlu Təbriz küçəsində yolu keçərkən onu sürətlə hərəkətdə olan "90-XX-147" dövlət qeydiyyat nişanlı 202 saylı "Daewoo" markalı sərnişin avtobusu vurub.

Yaralı təcili yardım xidmətinin köməkliyi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirirlər.

Avtobus yol polis əməkdaşları tərəfindən cərimə meydançasına yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbər lenti
0