Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Paytaxtda yaranan böyük təhlükə sovuşdu

© Sputnik / Irade JELILBinəqədi rayonu Poladəritmə zavodunda yanğın
Binəqədi rayonu Poladəritmə zavodunda yanğın - Sputnik Azərbaycan
Abunə olmaq
İlkin məlumata görə, təxminən 200 m² ərazidə istifadəyə yararsız avtomobil şinləri yanıb

BAKI, 4 iyun — Sputnik. Bakı şəhəri, Binəqədi rayonunda Bakı Poladtökmə Zavodunun ərazisində yanğın söndürülüb. Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

İlkin məlumata görə, təxminən 200 m² ərazidə istifadəyə yararsız avtomobil şinləri yanıb. Əlavə məlumat veriləcək.

Qeyd edək ki, yanğın Binəqədi rayonunda yerləşən Bakı Poladtökmə Zavodunun həyətində baş verib. Sputnik Azərbaycan-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, əraziyə çoxlu sayda yanğınsöndürən və polis avtomobilləri cəlb olunub. Ətrafda insan sıxlığı yaşanıb.

Zavodun həyətində fərdi evlər var ki, yanğın onlara da keçir. Ayrıca, yanğının ətrafdakı yaşayış evlərinə keçməsi təhlükəsi yaranıb.

Xəbər lenti
0