13:43 23 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8906
Göyçay çayına gələn sel avtomobil körpüsünü dağıdıb

Sel respublika əhəmiyyətli körpünü uçurdu

© Photo: AZƏRTAC
HADİSƏ
Qısa URL
Bölgələrdə sel fəlakətinin fəsadları (8)
855 0 0

Bundan əvvəl avtomobil körpüsünün yanındakı piyada körpüsünü sel aparıb

BAKI, 2 iyun — Sputnik. Bakı-Şamaxı-Yevlax magistral yolunun Göyçay çayı üzərindəki körpü güclü selin təsirinə dözməyərək uçub. APA-nın xəbərinə görə, güclü sel saat 21.00 radələrində ölkə əhəmiyyətli təxminən 40 metr uzunluğu olan körpünü tamamilə uçurub.

Qeyd edək ki, bundan əvvəl avtomobil körpüsünün yanındakı piyada körpüsünü sel aparıb.

Xatırladaq ki, körpüdə çökmə təhlükəsi səbəbindən nəqliyyatın hərəkəti bu gün günorta saatlarından dayandırılmışdı.

Mövzu:
Bölgələrdə sel fəlakətinin fəsadları (8)

Əsas mövzular