Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Qəza törədib qaçmaq istədilər, amma alınmadı

© Sputnik / Anar MustafayevМужчина в наручниках, фото из архива
Мужчина в наручниках, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Opel” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Xaliq Qasımov saxlanılıb

BAKI, 2 iyun — Sputnik. İyunun 1-də Xırdalan şəhər sakini E.Teymurovun avtomobillə vurulması nəticəsində xəstəxanaya gətirilməsi barədə Abşeron Rayon Polis İdarəsinə məlumat daxil olub. Bu barədə Sputnik Azərbaycan DİN mətbuat xidmətinə istinadən məlumat verir.

Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla yeniyetmənin  saat 13 radələrində şəhər ərazisində yolu keçərkən müəyyən edilməmiş avtomobillə vurulduğu məlum olub. Xəstəxanada ona ilkin tibbi yardım göstərilərək buraxılıb.

Dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə hadisənin “Hyundai” markalı avtomobillə törədilməsi müəyyən edilib. Yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən həmin nəqliyyat vasitəsini idarə edən Cəbrayıl rayon sakini Orxan Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb.

Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə mayın 30-da Bakıxanov qəsəbəsi ərazisində Bakı şəhər sakini Ədilə Qasımovanın xəsarət alması ilə nəticələnən yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Opel” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Xaliq Qasımov da saxlanılıb. 

Hər iki faktla bağlı araşdırma aparılır. 

Xəbər lenti
0