Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bir gündə yol qəzalarında 20-dən artıq insan xəsarət aldı

© pixabay / byrev / AccidentАвтомобиль, попавший в ДТП
Автомобиль, попавший в ДТП - Sputnik Azərbaycan
Abunə olmaq
İyunun 1-də cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb

BAKI, 2 iyun — Sputnik. Dünən respublikanın avtomobil yollarında baş verən 3 yol-nəqliyyat hadisəsində 1 nəfər ölüb, 21 nəfər xəsarət alıb. Bu barədə Sputnik Azərbaycan DİN mətbuat xidmətinə istinadən məlumat verir.

Məlumata əsasən, ötən gün daxili işlər orqanları tərəfindən gün ərzində 85 cinayət faktı qeydə alınıb, onların da 23-ü “isti izlər”lə açılıb, həmçinin əvvəlki dövrlərdən bağlı qalmış 18 cinayətin açılması təmin olunub.

Dünən axtarışda olduğuna görə ümumilikdə 16 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib, daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11 fakt müəyyən edilib.

İyunun 1-də həmçinin cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb.

Xəbər lenti
0