Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Ekstazi gənclərin əyləncəsinə son qoydu

© Photo : FB / georgia.jones.96343Corciya Cons
Corciya Cons - Sputnik Azərbaycan
Abunə olmaq
Ölümdən öncə 18 yaşlı Corciya Cons və 20 yaşlı Tommi Kovan ayrı-ayrılıqda ekstazi qəbul ediblər

BAKI, 29 may — Sputnik. 18 yaşlı qız musiqi festivalında ekstazi qəbul edəərk ölüb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Böyük Britaniyada keçirilən Mutiny Festival musiqi festivalında 2 nəfər ölüb. Ölümdən öncə 18 yaşlı Corciya Cons və 20 yaşlı Tommi Kovan ayrı-ayrılıqda ekstazi qəbul ediblər.

Festival təxirə salınıb. Mutiny Festivalın təşkilatçısını tədbirdə içməyə suyun olmamasına günahlandırıblar. Su kranlarının bəzisi işləmirmiş, bəzisində isə böyük növbə olub.

Festivalın iştirakçılarna yarım litr su gətirilməsinə icazə verilib. Barda bu suyun şüşəsi 300 rubla satılıb. Konsert keçirilən ərazisini tərk edənlərin isə yenidən ora qayıtmağa imkanı olmayıb.

Polis festivalda narkotik maddələrin satılmasında şübhəli hesab edilən 3 nəfəri saxlayıb. Araşdırma davam edir.

Xəbər lenti
0