Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Tanınmış şirkət barəsində tədbir görüldü

© Photo : Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətiNəsimi rayonu, M.Mirqasımovla Azadlıq küçələrinin kəsişməsində söküntü işləri zamanı ətrafa toz-dumanın qalxması
Nəsimi rayonu, M.Mirqasımovla Azadlıq küçələrinin kəsişməsində söküntü işləri zamanı ətrafa toz-dumanın qalxması - Sputnik Azərbaycan
Abunə olmaq
Faktlarla bağlı akt və protokol tərtib olunub

BAKI, 22 may — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Qaynar xətt"inə Nəsimi rayonu, M.Mirqasımovla Azadlıq küçələrinin kəsişməsində söküntü işləri zamanı ətrafa toz-dumanın qalxması və yaşıllıqların zədələnməsi barədə daxil olan şikayət Ətraf Mühitin Mühafizəsi Departamentində yaradılmış növbətçi qrup tərəfindən dərhal yerində araşdırılıb.

Avropa İttifaqının təmsilçisi Denis Daniilidis - Sputnik Azərbaycan
CƏMİYYƏT
Aİ-nin yunan əsilli nümayəndəsi: Bakılılar, binaları sökməyin!

Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, əraziyə keçirilən baxış zamanı sözügedən ünvanda söküntü işlərinin aparıldığı, təhlükəsizlik və sanitar normalara əməl olunmadığı, ətraf ərazilərə toz-dumanın yayıldığı və 1 ədəd safora ağacının zədələndiyi müəyyən edilib.

Araşdırma zamanı "Azadlıq Residence" MMC tərəfindən "Pilot Layihə" çərçivəsində Nəsimi Rayon İcra Hakimiyyəti başçısının sərəncamı əsasında ərazidəki mövcud qəzalı binaların sökülərək yerində çoxmərtəbəli yaşayış binalarının tikintisi üçün söküntü işlərinin aparıldığı məlum olub. Mütəxəssislər tərəfindən ərazidə atmosfer havasında ölçmə işləri aparılıb və tozun miqdarının normadan dəfələrlə artıq olduğu müəyyən edilib.

Faktlarla bağlı akt və protokol tərtib olunub. Hazırda qanun pozucusu barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülür.

Xəbər lenti
0