Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Şamaxıda direktorun niyə döyüldüyü məlum oldu

© Sputnik / Irade JELILŞamaxı şəhərinin girişi, arxiv şəkli
Şamaxı şəhərinin girişi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Xırda münaqişələrdən qan davası düzəldən və iki yerə parçalanan kənddə qəribə hadisə baş verib

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 16 may — Sputnik. Şamaxı rayon Polis İdarəsi Çöl Bağırlı kəndində orta məktəb direktorunun iştirakı ilə baş verən xoşagəlməz insidentə aydınlıq gətirib.

Daha əvvəl KİV toyda məktəb direktorunun döyüldüyü barədə məlumat yaymışdı.

Şamaxı RPİ-dən Sputnik Azərbaycan-a bildiriblər ki, rayonun Çöl Bağırlı kəndində keçirilən toy mərasimində qonaqlar arasında dava düşüb. Kənd sakini İntiqam Azayev həmkəndlisi və uzaq qohumu olan Müşfiq Mirzəyevi yerə yıxaraq ona müxtəlif bədən xəsarətləri yetirib. Alın, sinə və kürək nahiyəsindən xəsarətlər alan Müşfiq Mirzəyev Şamaxı rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Azayev Çöl Bağırlı kənd məktəbinin müəllimidir, Müşfiq Mirzəyev isə Ağsu rayonu Ləngəbiz kənd orta məktəbinin direktorudur.

İlkin məlumata görə, kişilər arasında dava məişət zəminində düşüb. Müşfiq Mirzəyev Azayevi onun Çöl Bağırlı kənd məktəbinə direktor təyin olunmasına maneçilik törətməkdə günahlandırıb. Azayev isə deyib ki, onun şikayətlənməyə əsası yoxdur, çünki Mirzəyev direktor işləyir, özü isə adi müəllim. Mübahisə nəticəsində Azayev Mirzəyevi möhkəm döyüb. Nəticədə Mirzəyev xəstəxanaya düşüb. 

Арест, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Adı təcavüzdə hallanan məktəb direktoru həbs edildi

Bununla yanaşı, Şamaxı RPİ-dən bildiriblər ki, Çöl Bağırlı kəndinin sakinləri ümumiyyətlə çox narahat camaatdır. Onların əksəriyyətinin ali təhsili yoxdur, hamısı bir-biri ilə qohum olsa da, çox xırda şeylər üstündə dalaşırlar. Münaqişələr çox vaxt qan düşmənçiliyi ilə nəticələnir.

Məhz bu səbəbdən də yarım əsr əvvəl Bağırlı kəndi iki yerə bölünüb. Onun 4 kilometrliyində Çöl Bağırlı kəndi meydana gəlib. Hər şey 1962-ci ildə iki əmiolunun inəyin ölməsi üstündə davası ilə başlayıb. Əmioğluların inək üstündə davası bütün qohumları münaqişəyə sürükləyib. Nəticədə ağsaqqallar şurası o qərara gəlib ki, bu münaqişənin yeganə həll yolu əleyhdarların bir-birindən aralıda yaşamasıdır. Beləliklə, Çöl Bağırlı kəndi salınıb.

"Məni müəllim döyməyib. Ötən gecə kəndimizdəki toy mərasimində İntiqam Azayevin qəflətən hücumuna məruz qalmışam. Mən onun qardaşı ilə söhbət edirdim. Dava olmayıb. Sərxoş olan İntiqam naməlum səbəbdən gəlib məni vurdu. Mən stolların arasına yıxıldım, xəsarət aldım. Məsələni polis əməkdaşları araşdırır. Hazırda vəziyyətim yaxşıdır. Sabah məktəbdə işləməyə başlayacam" — deyə Müşfiq Mirzəyev bildirib.

Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Xəbər lenti
0