20:23 21 Avqust 2018
Canlı yayım
  • RUB0.0254
  • USD1.7000
  • EUR1.9602
Sürüşmə zonasında tərk edilmiş ev

Paytaxtdakı təbii fəlakət bölgəsindən son xəbər

© Sputnik / Irade CELIL
HADİSƏ
Qısa URL
333 0 0

Səbail RİH: Yeraltı prosseslərin təsiri ilə baş verən torpaq sürüşməsi zamanı 2 fərdi yaşayış evi tam, 2-si isə qismən dağıntılara məruz qalıb

BAKI, 16 may — Sputnik. Dünən axşam saatlarında Səbail rayonu, Bayıl yaşayış sahəsi, Buxta küçəsində yeraltı prosseslərin təsiri ilə baş verən torpaq sürüşməsi zamanı 2 fərdi yaşayış evi tam, 2-si isə qismən dağıntılara məruz qalıb. Bu barədə Sputnik Azərbaycan-a Səbail Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov məlumat verib.

O bildirib ki, daha 20 fərdi ev də təhlükəli ərazidədir: "Bu ərazidəki mövcud yaşayış və digər tikililər hələ Sovet hakimiyyəti illərində, əsas etibarı ilə keçən əsrin 50-ci illərində tikilib. Onların əksəriyyəti 1 mərtəbəli, möhkəm təməli olmayan, uzun illər istismar olunduğundan resursları tükənmiş evlərdir. Evlərin böyük əksəriyyəti Səbail Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansındadır".

Kərimovun sözlərinə görə, bir qədər əvvəl sakinlərin müraciətləri əsasında ərazidəki tikililərin vəziyyəti ilə bağlı Səbail RİH və Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən araşdırmalar aparılıb, binaların qəzalı və təmirə yararsız olması ilə bağlı rəy verilib. RİH tərəfindən məsələ ilə bağlı Nazirlər Kabinetinə müraciət olunub.

"Bayıldakı sürüşmə prossesləri ilə bağlı artıq təcrübəsi olan Səbail RİH tərəfindən qabaqlayicı tədbirlər görülərək bir qədər əvvəl qəzalı vəziyyətdə olan Buxta küçəsi 9 ünvanında yaşayan ailələr köçürülüblər" — deyə İ.Kərimov vurğulayıb.

Mayın 15-də isə həmin təhlükəli ərazidən daha bir neçə evin sakinləri köçürülüb. Ümumilikdə, Buxta küçəsindəki təhlükə yaranmış ərazidən 22 ailə (55 nəfər) köçürülüb, əraziyə nəzarət olunması üçün polis postları qoyulub, xəsarət alan yoxdur. Ərazidə araşdırmalar aparılır.

RİH rəsmisinin sözlərinə görə, görülən işlər sakinlər tərəfindən müsbət qarşılanıb və onlar ümid edirlər ki, yeni fəaliyyətə başlamış Nazirlər Kabineti tərəfindən yaranmış problem tezliklə həllini tapacaq.

Əlaqədar

Bayıl qəsəbəsində yenidən sürüşmə oldu: Hadisə yerinə təcili yardım gəldi
Şamaxıda fövqəladə vəziyyət: Sürüşmə nəticəsində 3 yol dağıldı
Şamaxıda sürüşmə kabusu: Evlərdə çatlar yaranıb
Bayıl sürüşmə zonasından yeni xəbər
Başıbəlalı ərazi yenə sürüşdü, yol bağlandı
Teqlər:
İsrafil Kərimov, Səbail RİH, ərazi, sakin, ev, torpaq sürüşməsi, yeraltı prosseslər, Buxta küçəsi, Bayıl yaşayış sahəsi, Səbail rayonu

Əsas mövzular