00:15 22 Avqust 2018
Canlı yayım
  • RUB0.0254
  • USD1.7000
  • EUR1.9602
Bayıl yamacı

Bakının mərkəzi rayonunda təhlükəli proses: Sakinlər təxliyə edilir

© Sputnik / Murad Orujov
HADİSƏ
Qısa URL
2113 0 0

ETSN rəsmisi: "Küçə balaca və dar olduğundan evlərin altında baş verən prosesləri öyrənmək mümkün deyil"

BAKI, 16 may — Sputnik. Bayılda, Buxta küçəsi 9 ünvanı boyunca ekzogen proses müşahidə olunur. Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov məlumat verib.

Bildirib ki, Buxta küçəsi 9-da hələ sovet dövründə yamac terrasvari kəsilib və yamacda evlər tikilib: "Buxta küçəsindəki evlərdən, təxminən 200 metr qərbdə — Badamdar istiqamətində müəyyən ekzogen proseslər müşahidə edilirdi".

"Buxta küçəsində yamacın terrasvari kəsilməsi, yamacda evlərin inşa olunması, əraziyə suvarma məqsədilə, eyni zamanda, çirkab sularının axıdılması ekzogen prosesin baş verməsinə səbəb olub. Nəticədə bir neçə ev uçub, yaşayış üçün mümkünsüz hala düşüb" — deyə müsahibimiz vurğulayıb.

Ə. Qaralov qeyd edib ki, təhlükəli zonada olan 22 evin sakinləri dünən axşam saatlarında köçürülüb, 3 ev isə uçub: "Evlər yamacın sürüşməyə meylli ərazisindədir. Küçə balaca və dar olduğundan evlərin altında baş verən prosesləri öyrənmək mümkün deyil".

"Haızrda əməkdaşlarımız və aidiyyatı qurumların nümayəndələri ərazidədir. Qəza boyu olan evlərdə kommunikasiya xətlərinin dayandırılması nəzərdə tutulur. Polis asayişi qoruyur" — ETSN rəsmisi əlavə edib.

Əlaqədar

Son durum: Bayılda nə baş verir?
Bayıl sürüşmə zonasından yeni xəbər
Bayıldakı son vəziyyət açıqlandı: Problem daha da böyüyüb
Bayıl yamacında baş verən sürüşmə ilə bağlı cinayət işi açıldı
Teqlər:
sakin, ev, Əziz Qaralov, ETSN, ekzogen proses, Buxta küçəsi, Bayıl

Əsas mövzular