06:41 06 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
1092 0 0

DYP əməkdaşı aptekin qarşısında dünyasını dəyişib

BAKI, 15 may — Sputnik. Bu gün səhər saatlarında Dövlət Yol Polisinin (DYP) Qaradağ stasionar postunun əməkdaşı, 1968-ci il təvəllüdlü polis serjantı Əşrəf Ağagül oğlu Orucov qəfil ürəktutmasından dünyasını dəyişib.

Sputnik Azərbaycan Virtualaz-a istinadən xəbər verir ki, işdən çıxıb yaşadığı Xırdalan qəsəbəsinə çatan Ə.Orucovun ürəyində qəfil ağrı baş qaldırdığı üçün yaxınlıqdakı aptekdən dərman almaq istəsə də, elə aptekin qarşısındaca keçinib.

Qeyd edək ki, 3 ay əvvəl mərhumun atası və qardaşı eyni gündə dünyasını dəyişmişdi. Belə ki, bu il fevralın 20-də Bakı şəhərindəki xəstəxanalardan birinə yerləşdirilmiş atasına aptekdən dərman alaraq yolu keçmək istəyən Biləsuvar rayon sakini Tarıqulu Orucovu maşın vuraraq öldürmüşdü. Xəstəxanada oğlunun ölüm xəbərini eşidən ata da bu acı xəbərdən dünyasını dəyişmişdi.

Əşrəf Orucov bu gün anadan olduğu Biləsuvar rayonunda torpağa tapşırılıb.

Onu da xatırladaq ki, bu, son iki gündə vəfat edən ikinci DYP əməkdaşıdır. Belə ki, dünən Sumqayıt şəhəri ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib. Bakı-Quba-Rusiya avtomobil yolunun 32-ci km-də qeydə alınmış avtoqəza zamanı "Hyundai" və "Ford" markalı avtomobillər toqquşub. Qəza zamanı yol polisi Bəkirzadə Xəyyam Yusif oğlu dünyasını dəyişib.

Əlaqədar

Yol Polisinin “BMW”-ləri satışa çıxarılır
Qaydanı pozan sürücü yol polisinin iki müfəttişini vuraraq aradan çıxıb
Yol polislərinə şiddətli çağırış-xəbərdarlıq: Qorunun!
Baş Dövlət Yol Polisi sürücülərə müraciət etdi
Teqlər:
ürəktutma, Əşrəf Ağagül oğlu Orucov, polis serjantı, Dövlət Yol Polisi, DYP

Əsas mövzular