Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Sumqayıtda daha bir şok olay: Şəhərdə nə baş verir?

© Photo : APAВъезд в город Сумгайыт. Архивное фото
Въезд в город Сумгайыт. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Gənc oğlan 14 mərtəbəli binanın çardağına çıxaraq oradan özünü atıb

BAKI, 14 may — Sputnik. Ali məktəblərə qəbul imtahanlarında uğursuzluq ölkəmizdə intiharlara səbəb olmaqda davam edir. Bir sutka ərzində Sumqayıt şəhərində artıq ikinci intihar hadisəsi qeydə alınıb. İkinci intihar şəhərin 45-ci kvartalı ərazisində saat 12:00 radələrində baş verib. Bu barədə Sputnik Azərbaycan-a Sumqayıt Şəhər Polis İdarəsindən məlumat verilib.

Въезд в город Сумгайыт - Sputnik Azərbaycan
HADİSƏ
Sumqayıtda abituriyent anasının gözü qarşısında intihar etdi

Daha əvvəl də Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, mayın 13-də keçirilən ali məktəblərin II və III qrup ixtisaslarına qəbul imtahanında uğursuz nəticə göstərən Sumqayıtın 9-cu mikrorayonu ərazisində yaşayan 2001-ci il təvəllüdlü P.Q. həyatına qəsd edib. O, imtahanda uğursuz nəticəyə görə onu danlayan valideynlərinə etiraz əlaməti olaraq özünü yaşadıqları 5-ci mərtəbədəki mənzilin balkonundan aşağı atıb. Gənc hadisə yerindəcə keçinib.

Eyni səbəbdən ikinci intihar hadisəsi də bazar günü qeydə alınıb. 2001-ci il təvəllüdlü Rüstəmov Faiq Fuad oğlu 14 mərtəbəli binanın çardağına çıxaraq oradan özünü atıb. Gəncin əlində coğrafiyadan test toplusu və digər əşyalar olub.

Araşdırma zamanı məlum olub ki, abituriyent özünü atdığı binada yaşamayb. Hüquq-mühafizə orqanlarının əməkdaşları müəyyən ediblər ki, gənc dünən imtahandan sonra evlərinə gəlməyib. O, imtahanda aşağı nəticə göstərdiyinə görə valideynlərinin gözünə görünməkdən qorxub.

Hər iki faktla bağlı Sumqayıt Şəhər Prokurorluğuna AR CM-nin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə cinayət içi açılıb.

Xəbər lenti
0