Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Cənub bölgəsində dəhşətli yanğın: Ölənlər və xəsarət alanlar var

© Sputnik / Rahim MuradovMasallı rayonunun Təzə Alvadı kəndində yanan ev
Masallı rayonunun Təzə Alvadı kəndində yanan ev - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə zamanı bir ailənin üç üzvü faciəli şəkildə həlak olub

BAKI, 8 may — Sputnik. Masallı rayonunun Təzə Alvadı kəndində dünən gecə saatlarında ev yanıb. Yanğının evin ikinci mərtəbəsində elektrik cərəyanının qısaqapanması nəticəsində baş verdiyi güman edilir. Hadisə zamanı evdə 7 nəfər olub və onlardan üç nəfər dünyasını dəyişib.

"Hadisə dünən gecə 01:00-də baş verib. Qışqırtı səsi eşitdim. Həyətə çıxanda gördüm ki, əmimgilin evləri yanır. Əmimoğlu Namiq Əzimovun 3 uşağı və əmimin həyat yoldaşı oyaq olublar. Onlar yanğını hiss edən kimi qışqırmağa başladılar. Biz kömək etdik və onları yanğından çıxara bildik. Əmim Kamran Əzimov, oğlu Namiq Əzimov və Namiqin həyat yoldaşı Zeynəb Əzimova yuxarı mərtəbədə yatdıqları üçün və yanğın çox olduğu üçün onları vaxtında təxliyə etmək mümkün olmadı", — deyə yanğın zamanı dünyasını dəyişən Kamran Əzimovun qardaşı oğlu Rahim Əzimov Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışıb.

© Sputnik / Rahim MuradovMasallı rayonunun Təzə Alvadı kəndində yanan ev
Masallı rayonunun Təzə Alvadı kəndində yanan ev - Sputnik Azərbaycan
1/3
Masallı rayonunun Təzə Alvadı kəndində yanan ev
© Sputnik / Rahim MuradovMasallı rayonunun Təzə Alvadı kəndində yanan ev
Masallı rayonunun Təzə Alvadı kəndində yanan ev - Sputnik Azərbaycan
2/3
Masallı rayonunun Təzə Alvadı kəndində yanan ev
© Sputnik / Rahim MuradovMasallı rayonunun Təzə Alvadı kəndində yanan ev
Masallı rayonunun Təzə Alvadı kəndində yanan ev - Sputnik Azərbaycan
3/3
Masallı rayonunun Təzə Alvadı kəndində yanan ev
1/3
Masallı rayonunun Təzə Alvadı kəndində yanan ev
2/3
Masallı rayonunun Təzə Alvadı kəndində yanan ev
3/3
Masallı rayonunun Təzə Alvadı kəndində yanan ev

"Əmimi daha sonra çıxarıb təcili yardım ilə Masallı Mərkəzi Rayon Xəstəxanaya çatdırdıq, amma aldığı yanıq xəsarətlərindən səhər saatlarında dünyasını dəyişdi. Əmim oğlu Namiqi çıxaranda artıq ölmüşdü. Gəlinimizin meyitini isə ev söndürüləndən sonra yanğınsöndürənlər tapıblar. Həkimlər deyirlər ki, onlar öncə tüstüdən zəhərlənib, daha sonra yanaraq ölüblər", — R.Əzimov bildirib.

O əlavə edib ki, hadisə yerinə kənd icra nümayəndəsi, FHN-in yanğınsöndürənləri gəlib. Eyni zamanda qonşular da əllərindən gələni ediblər. Yanğını səhər saat 06:00-a kimi söndürülüb. Yanğın çox güclü olduğu üçün ev yanaraq külə dönüb.

Xəbər lenti
0