Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Evlərində işlədiyi şəxslərə qarşı xəyanət edən qadın yaxalandı

© Sputnik / Irade JELILЗолотые украшения, фото из архива
Золотые украшения, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Faktla bağlı araşdırma aparılır

BAKI, 3 may — Sputnik. Mayın 1-də DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə müraciət edən Abşeron rayon sakini olan qadın mənzilindən qızıl əşyalarının oğurlandığını bildirib. Bu barədə Sputnik Azərbaycan DİN-in mətbuat xidmətinə istinadən bildirir.

Məlumata əsasən, dərhal Abşeron Rayon Polis İdarəsinin əməkdaşları Xırdalan şəhərindəki həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçiriblər. Araşdırmalar zamanı məlum olub ki, aprel ayının 15-də həmin mənzildən 20000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.  

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğun həmin evdə xadimə işləyən, Xırdalan şəhər sakini Zivər Rəhimova tərəfindən edildiyinə əsaslı şübhələr yarandığından o, saxlanılılıb. 

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0