14:22 03 İyun 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
160 0 0

Azərbaycanda kafe və restoranlarda səs-küy salmaq qadağandır

BAKI, 3 may — Sputnik. Azərbaycanda kafe və restoranlarda səs-küy salmaq qadağandır. İctimai qidalanma və istirahət yerlərində musiqinin səsi 65 desibeli keçməməlidir.

Bunu Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat katibi İradə İbrahimova bildirib.

Qeyd edək ki, aprelin 28-də Bakının Nizami rayonundakı Beer Kode kafesinin sahibi Ziyad Cəfərov ETSN tərəfindən cərimələnib. Ondan kafedən gələn yüksək musiqi səsindən gecələr yata bilməyən yerli sakinlər şikayət ediblər.

İbrahimovanın dediyinə görə, bununla bağlı tez-tez yoxlamalar keçirilir. 

Onlar Prezident İlham Əliyevin "Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları"nın təsdiq edilməsi haqqında fərmanına riayət edirlər.

Eyni zamanda bu qaydaların pozulmasına görə cərimələr nəzərdə tutulur. Misal üçün, AR İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsində qeyd olunur ki, ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normalarının pozulmasına görə, fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on min manatadək məbləğdə cərimə edilir.

ETSN eyni zamanda vətədaşlara müraciət edir ki, qonşuluqdakı müəssisələrdən gələn səs-küyə dözümlü yanaşmasınlar və birbaşa nazirliyə müraciət etsinlər. Belə hallar üçün 168 nömrəli "qaynar xətt" sutkanın 24 saatı açıqdır.

"İctimaiyyət bu cür faktların üzə çıxarılmasında birbaşa iştirak etməli və nazirliyə kömək etməlidir" — deyə nazirlikdən bildiriblər.

Müraciət edildikdə Nazirliyin Ətraf mühitin monitorinqi üzrə Milli Departamentinin mütəxəssisləri xüsusi cihazlarla həmin yerə gəlir və səs vibrasiyasının səviyyəsini ölçürlər.

Əlaqədar

Bakıda Formula 1 pərəstişkarlarını necə əyləndirirlər?
Əyləncə mərkəzində gənc qızların başına elə iş gəldi ki...
"Tin uşaqları" bakılıları əyləndirəcəklər

Əsas mövzular