Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Nazir müavini "su qıtlığı" ilə bağlı yenidən izahat verməli oldu

© Photo : Alekper Safarov Sputnik üçünTrump Tower kimi tanınan binada yanğın
Trump Tower kimi tanınan binada yanğın - Sputnik Azərbaycan
Abunə olmaq
Fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev "su qıtlığı" mövzusuna bir daha qayıdıb

BAKI, 29 aprel — Sputnik. "Mən dünən Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən çoxmərtəbəli binada yanğının uzun müddət davam etməsinin su çatışmazlığı ilə əlaqədar olduğunu dedikdə binadakı daxili su nasoslarının suyu yuxarı mərtəbələrə lazımi vurma gücünün olmamasını nəzərdə tutmuşam".

Bunu bu gün APA-ya açıqlamasında fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev bildirib. 

Azərsu ASC - Sputnik Azərbaycan
HADİSƏ
Dövlət şirkətinin rəsmisi nazir müavininin dediyini təkzib etdi

E. Mirzəyev deyib ki, söhbət xaricdən binaya su verilməsindən deyil, nasosların gücünün zəif olmasından gedir.

Qeyd edək ki, dünən Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən çoxmərtəbəli binada iki dəfə yanğın baş verib. Yanğınlar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri tərəfindən söndürülüb.

Fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev dünən yanğının uzun müddət davam etməsini su qıtlığı ilə əlqələndirmişdi. "Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllı isə nazir müavinini təkzib edərək həmin ərazidə heç bir su qıtlığının olmadığını bildirmişdi.

Xəbər lenti
0