Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Velosiped sürməklə sağlam olmaq istəyirdi, əksinə oldu

CC0 / lincerta / BikeVelosiped
Velosiped - Sputnik Azərbaycan
Abunə olmaq
Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılır

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 26 aprel — Sputnik. Velosiped sürən oğlanı avtomobil vurub. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Qax rayonunda baş verib. Rayonun Oncallı kənd sakini 2013-cü il təvəllüdlü Cavid Xəyyam oğlu Cabbarov həmkəndlisinin idarə etdiyi "VAZ 21064" markalı minik avtomobili ilə vurulub.

Belə ki, azyaşlı, maşın hərəkətdə olarkən eyni istiqamətdə yolun kənarı ilə velosiped sürürmüş. Elə hadisə də həmin an baş verib.

Qəzadan sonra müxtəlif dərəcəli bədən xəsarətləri alan 5 yaşlı Cavid Cabbarov Qax Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Xəstəyə qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Azyaşlıya xəstəxanada lazımi ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti nəzərə alınaraq müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.

Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılır.

Xəbər lenti
0