Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Piyada aldığı xəsarətdən dünyasını dəyişdi, sürücü qaçmaq istədi

© Photo : REPORTYol-nəqliyyat hadisəsi
Yol-nəqliyyat hadisəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə yerindən yayınmaq istəyən avtomobilin sürücüsü Bəşir Mühtümov saxlanılıb

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 18 aprel — Sputnik. Aprelin 17-də gecə saatlarında Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbirinə verilən məlumata görə, magistralın Şabran rayonu ərazisindən keçən hissəsində Cahangirov Asim Məmməd oğlunu avtomobil vurub. Piyada aldığı xəsarətdən dünyasını dəyişib.

Dərhal Şabran RPŞ əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Təxirəsalınmaz tədbirlərlə yol-nəqliyyat hadisəsini "Mercedes Benz" markalı avtomobillə törədilməsi müəyyən edilib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə yol qəzasını törədərək hadisə yerindən yayınmaq istəyən avtomobilin sürücüsü Bəşir Mühtümov saxlanılıb.

Faktla bağlı araşdırmalar aparılır.

Xəbər lenti
0