Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Gənc operator itkin düşüb, ailəsi "Şah petrol"un sahibindən şübhələnir

CC0 / Skitterphoto / Gas stationYanacaqdoldurma məntəqəsi, arxiv şəkli
Yanacaqdoldurma məntəqəsi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
YDM-in sahibi 21 yaşlı işçisinin atasından çatışmayan pulu tələb edib, ata hadisə yerinə gedəndə, oğlu artıq yoxa çıxıb

BAKI, 10 aprel — Sputnik. Xəzər rayonu, Türkan qəsəbəsinin sakini Azər Balabəyov 21 yaşlı oğlu Balabəy Balabəyovun yoxa çıxmasında Xətai rayonu, Günəşli qəsəbəsi ərazisində yerləşən "Şah petrol" yanacaqdoldurma məntəqəsinin (YDM) sahibinin əlinin olmasından şübhələnir.

Bu barədə Sputnik Azərbaycan/-a itkin düşmüş gəncin dayısı Vüqar Əmirov məlumat verib.

Cavan oğlan aprelin 1-də, ehtimala görə, operator işlədiyi "Şah petrol" YDM-də iş növbəsi başa çatandan sonra itkin düşüb. Balabəyovun atası bundan dərhal sonra Xətai rayon 35-ci polis bölməsinə ərizə ilə müraciət edib. İtkin düşmüş gəncin valideynləri YDM-nin sahibindən xahiş ediblər ki, onlara yanacqdoldurma məntəqəsinin ərazisindəki müşahidə kamerasının aprelin 1-də lentə aldığı kadrları göstərsin. Lakin YDM-in sahibi Vidadi bundan açıq-aşkar imtina edib.

© © Sosial şəbəkələrBalabəy Balabəyov
Balabəy Balabəyov - Sputnik Azərbaycan
Balabəy Balabəyov

"Martın 31-də Balabəy gecə növbəsinə işə gedib. Aprelin 1-də səhər saat 10:00-da onun növbəsi başa çatmalı və o, adəti üzrə uzağı saat 12:00-da artıq evdə olmalı idi. Lakin saat 11-də Azər Balabəyova YDM-in sahibi Vidadi zəng edib. O, qardaşı Şakirlə birlikdə YDM-in həmsahibidir. Vidadi deyib ki, Balabəy ona 431 manat borclu qalıb. Bundan dərhal sonra Azər oğlunun nömrəsini yığıb. Balabəy ağlayaraq atasına yalvarıb ki, YDM-ə gəlsin. Azər isə oğluna deyib: "Narahat olma, oğlum, mən pulu götürüb gəlirəm, tezliklə orada olacağam". Yarım saat sonra atası artıq YDM-də olub. Azər ora çatanda Vidadi kabinetində oturubmuş. Azər pulu YDM-in sahibinə verib və oğlunu soruşub. Vidadi deyib ki, "Balabəy qaçıb"" — deyə Vüqar Əmirov bildirib.

Lakin doğmaları Balabəyin qaçacağına inanmır. Belə bir şübhə var ki, YDM-in sahibi ilə operator arasında münaqişə baş verib və nəticədə cavan oğlan döyülüb. Bu səbəbdən də, ola bilsin ki, YDM-in sahibi yaralı oğlanı gizlədir. Məlumdur ki, YDM-in sahibi daha əvvəl də gəncdən növbə dəyişən zaman işdə nöqsanların olduğunu və pulun çatışmadığını bəhanə gətirərək pul alıbmış.

Əmirovun sözlərinə görə, sözügedən YDM-in sahibi radikal islamçıdır və çox qəddar adamdır.

Alpinistlərin itkin düşdüyü ərazi - Sputnik Azərbaycan
HADİSƏ
Tufandağda itkin düşən alpinistlərlə bağlı yeni xəbər var

"Balabəy heç orduda belə intizam cəzası almayıb. O, mükəmməl dərəcədə nizam-intizamlı uşaqdır. Özünün WhatsApp mobil tətbiqindəki sonuncu statusunda ona böhtan atıldığını yazıb: "…Qoy günahkarlar cəzasını alsınlar" — deyə Əmirov bildirib. O, Balabəyin özünə qəsd edəcəyi barədə ehtimalı da rədd edib: 

"Balabəyin özünə qəsd edəcəyi inandırıcı deyil, amma onun yoxa çıxmasında Vidadinin əlinin olduğuna əminik".

Balabəyin telefonu indiyə qədər bağlıdır və ondan heç bir xəbər yoxdur. Hazırda Xətai rayon Polis İdarəsinin 35-ci bölməsinin əməkdaşları onun axtarışı ilə məşğuldur. Lakin itkin düşmüş gəncin valideynləri polisin işindən narazıdır. Çünki oğlanın itkin düşməsindən 10 gün keçib. Lakin polis heç bir iş görməyib.

"Polis öz vəzifəsinə çox səhlənkar yanaşır. Məsələ ondadır ki, "102" xidməti bizim müraciətimizi əvvəlcə Xəzər rayon Polis İdarəsinə yönləndirmişdi. Sonra məlum oldu ki, bu işlə Xətai rayonunun polisləri məşğul olmalıdır. Çünki sözügedən YDM Xətai ərazisindədir. Biz Xəzər RPİ-nin ərizəni Xətai RPİ-yə yönəltməsini gözləmədik və birbaşa 35-ci bölməyə müraciət elədik. Orada əvvəlcə bu işi qəbul eləmək istəmədilər. Dedilər ki, ərizənin onlara yönləndirilməsini gözləyəcəklər. Onlar yalnız biz haray-həşir salandan sonra ərizəni qəbul elədilər. Halbuki burada söhbət insan taleyindən gedir və bu işi ləngitmək olmaz" — deyə Əmirov bildirib.

35-ci polis bölməsindən isə Sputnik Azərbaycan-a bildiriblər ki, Balabəyovun itkin düşdüyü barədə ərizə onlara dörd gün əvvəl daxil olub. "İtkin düşən şəxsin valideynləri istədiklərini deyə bilərlər. Lakin hələlik araşdırma gedir və biz onların YDM-in sahibi əleyhinə dediklərini təsdiqləyə bilmərik. Polis axtarış aparır, hələlik müsbət nəticə əldə olunmayıb" — deyə polis bölməsindən bildiriblər. 

Сотрудники пожарной охраны МЧС борются с пожаром в торговом центре «Зимняя вишня» в Кемерово - Sputnik Azərbaycan
Dəhşətli yanğında 53 nəfər diri-diri yanıb - İtkin düşənlər də var

Polis bölməsinin əməkdaşlarının sözlərinə görə, onlar itkin düşmüş şəxslərin axtarışına məsuliyyətlə yanaşırlar.

Əmirov isə bildirib ki, ailə araşdırmanın Baş Prokurorluq tərəfindən aparılmasını istəyir. Çünki itkin düşmüş gəncin qohumları polisin davranışından və apardığı axtarışdan narazıdır. Bununla yanaşı, Balabəyovun doğmaları yardım üçün daxili işlər naziri Ramil Usubova müraciət ediblər.

Sputnik Azərbaycan-ın redaksiyası "Şah Petrol" YDM-in sahibinin də fikirlərini dərc etməyə hazırdır.

Xəbər lenti
0