12:32 25 Aprel 2018
Canlı yayım
Nardaran

Nardaranda əməliyyat keçirilib, silah-sursat aşkarlanıb

© Sputnik / Irade CELIL
HADİSƏ
Qısa URL
72 0 0

Hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman, 12 metr dərinliyində olan quyudan 1 ədəd sandıqçasında 20 ədəd patron olan "Kalaşnikov" markalı avtomat aşkar olunaraq götürülüb

BAKI, 10 aprel — Sputnik. Daxili işlər orqanlarının əməkdaşları tərəfindən əllərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti əməliyyat tədbiri həyata keçirilib. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Nardaran qəsəbə sakini Əminağa Babayev
© Foto : DİN mətbuat xidməti
Nardaran qəsəbə sakini Əminağa Babayev

Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Bölməsinə Nardaran qəsəbə sakini Əminağa Babayevdə odlu silah-sursat olması barədə əməliyyat məlumatı daxil olub. Bölmə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində həmin şəxs saxlanılıb. Ə.Babayev ifadəsində silahı yaşadığı evin həyətindəki su quyusunda gizlətdiyini bildirib.

Qeyd edilən ünvana hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman, 12 metr dərinliyində olan quyudan 1 ədəd sandıqçasında 20 ədəd patron olan "Kalaşnikov" markalı avtomat aşkar olunaraq götürülüb.

Odlu silah-sursatın aşkar edilməsi məqsədilə əməliyyat tədbiri həyata keçirilib
© Foto : DİN mətbuat xidməti
Odlu silah-sursatın aşkar edilməsi məqsədilə əməliyyat tədbiri həyata keçirilib

2-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat nəticəsində qanunsuz odlu silah-sursat saxlamaqda şübhəli bilinən daha bir nəfər saxlanılıb. Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunmuş Fəxrəddin Hacıyev tutularaq bölməyə gətirilib.

Onun qəsəbə ərazisində yerləşən evinin həyətinə baxış zamanı torpağa basdırılan 1 ədəd "Karabin" markalı yivli tüfəng, 1 ədəd "Makarov" markalı tapança, 2 ədəd F-1 əl qumbarası və alışqanı, 1 ədəd "AK 74" avtomatına məxsus süngü bıçağı, həmçinin 65 ədəd müxtəlif növ patron aşkar olunaraq götürülüb.

Odlu silah-sursatın aşkar edilməsi məqsədilə əməliyyat tədbiri həyata keçirilib
© Foto : DİN mətbuat xidməti
Odlu silah-sursatın aşkar edilməsi məqsədilə əməliyyat tədbiri həyata keçirilib

Qeyd edilən faktlarla bağlı 42-ci Polis Bölməsində toplanan material araşdırılması üçün Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

Əlaqədar

Nardaran əməliyyatının iştirakçısı baş verənləri anlatdı
Nardaranda iki polis həlak oldu
Prezidentin köməkçisi Mehman Əliyevlə Nardaran məhbuslarının niyə azad edildiyini açıqladı
Nardaranda son durum
Nardaran hadisələri ilə bağlı növbəti məhkəmə başlayıb
Teqlər:
silah-sursat, əməkdaş, daxili işlər orqanları, Nardaran, Daxili İşlər Nazirliyi, polis

Əsas mövzular