Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Qayınanası futbol üzrə millinin qapıçısına əvvəl daş atdı, sonra isə atəş - VİDEO

© Sputnik / Владимир Песня / Mediabanka keçidФутбол. Лига Чемпионов. Матч "Рубин" - "Динамо"
Футбол. Лига Чемпионов. Матч Рубин - Динамо - Sputnik Azərbaycan
Abunə olmaq
Qızı Saşa ilə görüşmək istəyən Aleksandr evdə nə onu, nə də keçmiş arvadı Olqa Alenovanı tapmayıb

BAKI, 10 aprel — Sputnik. Futbol üzrə Ukrayna millisinin və Kiyev "Dinamo"sunun qapıçısı Aleksandr Şovkovskinin öz qızı ilə görüşmək istəyi atışma ilə başa çatıb. 

Birinci nikahdan olan qızı Saşa ilə görüşmək istəyən Aleksandr evdə nə onu, nə də keçmiş arvadı Olqa Alenovanı tapmayıb. Əvəzində qapıçını keçmiş qayınanası Lyubov Pavlovna qarşılayıb. Keçmiş kürəkəni aqressiv qarşılayan qayınana əvvəlcə onu söyərək daş atıb, sonra isə travmatik tapançadan atəş açıb. Nəticədə Şovkovski kor-peşman qayıtmalı olub.

İnsidenti qapıçı ilə birlikdə gəlmiş hazırkı həyat yoldaşı kamera ilə çəkib.

Aleksandr Şovkovski 1994-2016-cı illərdə Kiyev "Dinamo"sunun, 1994-2012-ci illərdə isə Ukrayna millisinin qapıçısı olub. 

Xəbər lenti
0