Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Külli miqdarda siqaret müsadirə olunub

CC0 / sipa / jigaretsСигареты, фото из архива
Сигареты, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Nəqliyyat vasitəsinin yük yerinə baxış zamanı orada siqaret olduğu müəyyən edilib

BAKI, 9 aprel — Sputnik. Külli miqdarda aksiz markasız siqaretin realizə edilməsinin qarşısı alınıb. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

İctimai yerdə siqaret çəkən insanlar, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Siqaret çəkilməsinə icazə verilən və verilməyən məkanlar konkretləşdi

Bildirilib ki, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, "Mercedes-Benz Sprinter" markalı, 90-VZ-649 nömrə nişanlı avtomobil Tovuz rayonu ərazisində saxlanılıb. Azərbaycan Respublikasının vətəndaşı Ramal Əmrahovun idarə etdiyi həmin nəqliyyat vasitəsinin yük yerinə baxış zamanı orada siqaret olduğu müəyyən edilib.

Daha sonra Tovuz Gömrük İdarəsinə gətirilən avtomobilə hal şahidlərinin iştirakı ilə təkrar baxış keçirilib. Yoxlama zamanı, nəqliyyat vasitəsinin yük yerində olan dörd ədəd sellofan torbada cəmi 52.400 ədəd "Parliament Carat", "Parliament Silver", "Parliament Aqua Blue", "Parliament Super Slims", "Marlboro Gold Edge", "Marlboro Fine Touch", "Marlboro Fiter Plus" və "Sobranie Super Slims" markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0