04:36 25 Aprel 2018
Canlı yayım
Ağstafada dəmir yol xəttindən oğurluq edən iki nəfər tutulub

Böyük faciəyə səbəb ola biləcək faktın üstü açılıb

© Sputnik / İlham Mustafa
HADİSƏ
Qısa URL
706 0 0

Qarşısı alınmazdısa, oğurluq olan ərazidə ciddi təhlükə də baş verə bilərdi

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 5 aprel — Sputnik. Ağstafa Dəmiryol Xətt Polis Bölməsinin və Gəncə Xətt Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı Ağstafa ərazisindən keçən dəmiryol xəttindən naqilləri kəsərək oğurlamaqda şübhəli bilinən, Saloğlu qəsəbə sakini 31 yaşlı Yaşar Xəlilov və Qarayazı kənd sakini 18 yaşlı Taleh Qayıbov saxlanılıblar. Əməliyyat zamanı şübhəlilərin üzərindən zərərsizləşdirilən torbanın içindən xeyli miqdarda mis naqillər və dəmiryolunda istifadə olunan digər metallar aşkarlanaraq götürülüb. Dəmiryolu xəttinin elektrik enerjisinin tənzimlənməsində istifadə olunan Drossel tipli trasformatorun sökülməsi nəticəsində yaxınlıqdakı reyslər əriyib, dəmiryoluna xeyli miqdarda ziyan dəyib.

Ağstafa Dəmiryolu Stansiyası Xətt Polis bölməsinin rəisi, polis kapitanı Gündüz Yusubovun Sputnik Azərbaycan-ın bölgə müxbirinə verdiyi məlumata görə, məlum ərazidəki oğurluq faktının üstü vaxtında açılmasaydı, ərazidən keçən sərnişin və yük qatarlarının hərəkətində ciddi təhlükə yarana bilərdi.

Qeyd edək ki, saxlanılanlardan Yaşar Xəlilov əvvəllər də məhkumluq həyatı yaşayıb, həmçinin bir neçə il dəmiryol sahəsində çalışıb. Faktla bağlı Gəncə Dəmiryol xətt Polis Şöbəsində araşdırmalar davam edir.

Əlaqədar

Bakıda inanılmaz oğurluq: Mənzildən 200 min manat pul, 100 minlik qızıl aparıldı
Bir milyon dollarlıq oğurluq edən azərbaycanlılar ələ keçdilər
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar tutulub
Bacı-qardaş birlikdə oğurluq ediblər
Bakıda ailə podratı üslubunda oğurluq

Əsas mövzular