17:02 17 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0260
  • USD1.7000
  • EUR1.9649
Qəbələyə gedən yol

Azərbaycanda sensasiyalı hadisə: Ər, arvad və qardaş-qayın...

© Sputnik / Ilham Ahmadov
HADİSƏ
Qısa URL
3131 0 0

Qadın qayını ilə birləşərək ərini öldürüb və cəsədini tualetə atıb

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 4 aprel — Sputnik. Qəbələdə dəhşətli faktın üstü açılıb. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, Qəbələ rayonunun Tikanlı kəndində itkin düşmüş şəxsin öz arvadı tərəfindən öldürüldüyü məlum olub.

Kənd sakini Dursun Rəfiyevin itkin düşməsi faktı ilə əlaqədar rayon polis şöbəsi və prokurorluğunun əməkdaşları birgə istintaq və əməliyyat-axtarış tədbirləri keçiriblər. Araşdırmalar nəticəsində müdhiş fakt ortaya çıxıb.

Bəlli olub ki, bu il martın 25-də Dursun Rəfiyevlə arvadı Vüsalə Məmmədşərifova arasında münaqişə baş verib. Hadisə yerində D.Rəfiyevin qardaşı Vüsal da olub.

Mübahisə zamanı V.Məmmədşərifova Vüsal Fəriyevlə birləşib və D.Rəfiyevin başını daşla əzərək onu qətlə yetiriblər. Sonra onlar cəsədi həyətdəki tualet quyusuna atıblar.

Hadisəni törətməkdə təqsirləndirilən hər iki şəxs saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, müvafiq araşdırmalar aparılır. D.Rəfiyevin meyiti isə atıldığı yerdən çıxarılıb.

Əlaqədar

Xarkovda müəmmalı qətl - Öldürülən azərbaycanlı Lənkəranskinin klanına necə daxil olub
"Üç gün ərzində Bakı şəhərində 12 mindən çox insan qətlə yetirilib"
Fabrik işçisinin qətl edildiyi üsul heç faşistlərin ağlına gəlməzdi
Qətliam kimi qəza: Bir ailənin 6 üzvü öldü
Masallı və Bakıdakı hay-küylü qətllərin əlaqəsi: Killer öldürüldü
Teqlər:
Vüsal Fəriyev, Vüsalə Məmmədşərifova, Dursun Rəfiyev, dəhşətli fakt, Tikanlı kəndi, Qəbələ rayonu, arvad, ər, qardaş, Qəbələ, cinayət

Əsas mövzular