12:52 16 İyul 2018
Canlı yayım
  • RUB0.0272
  • USD1.7000
  • EUR1.9874
Təcili tibbi yardım

Təmizlik həvəsi Lənkəran sakininin ölümü ilə nəticələndi

© Sputnik / Irade CELIL
HADİSƏ
Qısa URL
58 0 0

“Bir müddət xəbər tuta bilməyən qonşuları pəncərəni sındırıb içəri daxil olublar”

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 4 aprel – Sputnik. Lənkəran sakini evdə ölü halda aşkarlanıb. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata əsasən, rayonun Göyşaban kəndində 35 yaşlı Lənkəran sakini İlkin Bayramov müvəqqəti yaşadığı evdə dəm qazından zəhərlənərək dünyasını dəyişib. 

Belə ki, mərhum işdən qayıtdıqdan sonra qonşusu ilə söhbət edib. Sonra isə evə gedib çiməcəyini deyib. İ.Bayramovdan bir müddət xəbər tuta bilməyən qonşular qaldığı evin pəncərələrini sındırıb içəri daxil olublar. Orada isə hamamda İ.Bayramovun cəsədi ilə üzləşiblər. Məsələ ilə bağlı aidiyyatı qurumlar məlumatlandırılıb. 

Bayramovun neyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə Təcili Yardım avtomobili ilə aparılaraq təhvil verilib. Mərhumun qonşuları bildiriblər ki, Bayramovun qaldığı hamamda tüstü bacası olmayıb və qazla işləyən suqızdırıcıdan istifadə edilib. 


Əlaqədar

Şamaxıda 17 yaşlı nişanlı qız intihar etdi
"Koroğlu"da dəhşətli intihar: Gənc qadın körpüdən tullandı - FOTO
Şahzadə hava limanında intihar etdi - VİDEO
Şəkidə dəhşətli intihar hadisəsi baş verdi

Əsas mövzular